Reklam verin!
20.08.2008 12:58 tarixində, fanaz tərəfindən, Sevgi bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:46

ən gözəl vaxt bilirsən nə vaxtdır? Sənin yanında olduğum vaxtdır. Ən gözəl istilik əllərində duyduğum istilikdir. Ən gözəl duyğunu dodaqlarında hiss elədim, sultanım!

əsən küləkdə, güllərin qoxusunda axtardım sənin ətrini, amma elə 1 gözəl qoxu tapa bilmədim ki, sənin 1 telinin ətrini alam. Heç 1 şey telini belə əvəz edə bilməz!

O dünyanda mən varam, bu dünyamda sən varsan. İkimiz də xoşbəxtik, mən də sənin həyatın, sən də mənim həyatım. Nədən qorxmalıyıq biz? Yaşayırıq gizlicə, yaşayırıq gizlicə. Özümüz özümüzçün gizli həyat qurmuşuq. Gizli həyatımızda xoşbəxt anlar qurmuşuq. Bizə nə lazımdı ki? Sən məni sev mən səni. Gizli-gizli olsa da yaşadaq sevgimizi. 

Sən arzumsan, muradımsan. Fərhadımsan, Məcnunumsan. Sən sevincim, sən şadlığım Sən ümüdüm, varlığımsan.

Hələ cavanam az yaşım var. Gözdən axan göz yaşım var. Ölüm adlı nişanlım var. Məni sevməyə dəyərmi?

Zahir gözəl olur baxma gözəlliyə. Baxma pula, geyimə yerişinə. Baxma gözlərinə, səsinə, rənginə. Baxma daxilinə, seçiminə, dərdinə. Zarafat edirəm, sev qəlbinlə, ruhunla, cisminlə

Seçsən gərək görəsən. Görsən gərək sevəsən. Sevsən gərək gözləyəsən. Gözləyəndən sonra isə gərək birgə həyat yolu gedəsən!


Bookmark and Share

  Yazılar cəmi: 1